VAKANSİYA

16 May

“Bank Respublika” işçi axtarır

Bank Respublika ASC İnformasiya Təhlükəsizliyi Departamentində Əməliyyatların təhlükəsizlik təminatı şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Mövcud “NGF Firewall”-ların administrasiyası;
  • “Web Application Firewall”-un administrasiyası;
  • Yeni və mövcud “Web Application”-ların təhlükəsizliyinin təhlili;
  • RADIUS və TACAS+ serverlərinin administrasiyası;
  • Şəbəkə, server və proqram təminatlarının zəifliklərinin aşkar edilməsi (vulnerability scanning);
  • İPS sistemlərinin administrasiyası;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
  • Email təhlükəsizliyi sisteminin administrasiyası;
  • Şəbəkə və “application”  üzrə monitorinq sistemlərinin administrasiyası;
  • VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
  • Veb təhlükəsizlik (Web Application Firewall) parametrlərinə dair biliklər;
  • AAA, RADIUS, TACAS+ barədə biliklər;
  • Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;
  • Anti-virus, Anti-Malware sistemləri barədə biliklər;
  • Vulnerability scanning proqramı üzrə biliklər;
  • Penetration testing barədə biliklər;
  • Müdaxilələrin qarşısının alınması sistemləri (IPS) üzrə biliklər;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər;
  • Email təhlükəsizliyi, monitorinq sistemi və VPN texnologiyaları üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 may 2021-ci il tarixinədək email-in mövzu hissəsində Əməliyyatların təhlükəsizlik təminatı şöbəsinin mütəxəssisi qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.