VAKANSİYA

16 May

Yelo Bank - işçi axtarır

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqramlaşdırma departamentində Terrasoft Creatio / BPM online platforması üzrə tərtibatçı” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “BPM Developer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Proqramlaşdırma departamenti, Proqram təminatının inkişafı şöbəsi
Vəzifə: BPM online platforması üzrə tərtibatçı
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə meneceri

Vəzifə öhdəlikləri:

• Tərtibatçı olaraq Terrasoft Creatio (BPM Online) platformasının inkişafında iştirak;
• CRM sisteminin yeni modullarının işlənməsi və mövcudların yenidən işlənməsi;
• Sistem rəhbərliyi, o cümlədən: istifadəçilərin qurulması, məlumatların izlənməsi və düzəldilməsi, məhsul versiyalarının uyğunluğuna nəzarət;
• Sistem istifadəçiləri üçün texniki dəstək;
• Həll edilmiş məsələlər üçün dəstək;
• Sistem analitiki ilə qarşılıqlı əlaqə;
• Sistem interfeyslərini şirkətin biznes-bölmələrinin tələblərinə uyğunlaşdırmaq və yeniləmək;
• Sistemdə yeni funksiyaların, bölmələrin, arayış kitabçalarının, çap formalarının yenidən işlənib yekunlaşdırılması.

Tələblər:

• Bankın dəyərlərinə uyğun işlərin təşkili;
• Terrasoft Creatio / BPM'online platforması üzrə bilik və iş təcrübəsi arzuolunandır;
• C# dili üzrə dərin biliklər;
• JavaScript, HTML, CSS, SQL üzrə biliklər;
• Sistemlər arasındakı inteqrasiyanı dizayn və inkişaf etdirmə üzrə iş təcrübəsi;
• Fərqli kodları anlama bacarığı;
• Mürəkkəb problemləri həll etmək və nəticə əldə etmək istəyi və bacarığı;
• Proqram təminatı və proqram həllərinin tətbiqi sahəsində inkişaf etmək istəyi;
• Bank işi haqqında bilik;
• Analitik düşüncə, komanda işləmə bacarığı, iş intizamı;
• Layihə tapşırıqlarının müstəqil həllində (back-end, front-end) iş təcrübəsi arzuolunandır.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.