VAKANSİYA

12 May

Maliyyə direktoru - VAKANSİYA

Maliyyə direktoru

Vəzifə öhdəlikləri:

• Maliyyə rəhbəri vəzifələrinə proqnozlaşdırma modellərinin yaradılması, bütün vergi və mühasibat uçotu işlərinin qaydalara uyğunlaşdırılması;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin həyata keçirilməsi və prosesə nəzarət edilməsi;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin uçotunun hazırlanması;
• Xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilinin həyata keçirilməsi və prosesə nəzarət edilməsi;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin, əmək haqqının ödənilməsi hesablarının, dövlət büdcəsinə məcburi ödəmələrin, dövlət sosial sığorta fonduna ayırmaların və digər ayırmaların tərtib edilməsi və nəzarətinin həyata keçirilməsi;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, həmçinin əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
• Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edilməsi;
• Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
• Vergi orqanları ilə görüşlərdə iştirak edilməsi və yazışmaların həyata keçirilməsi;
• Şirkətin illik maliyyə büdcəsinin təşkil edilməsi;
• Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin hazırlanması və onların icrasına nəzarət edilməsi;
• Mühasibat və maliyyə hesabatlarının təhlil edilməsi və nəticələr barədə rəhbərliyə məlumatların təqdim edilməsi.

Tələblər:

• Ali iqtisadi təhsil;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
• ACCA, CIMA və IFRS üzrə biliklərin olması üstünlükdür;
• Maliyyə rəhbəri kimi 2-3 illik iş təcrübəsi;
• Büdcə və risklərin idarə olunması ilə bağlı təcrübə;
• Liderlik qabiliyyəti;
• Nağd pul axınının idarə edilməsi, bankların uyğunlaşdırılması və mühasibat uçotu barədə dərindən məlumat;
• Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür.

İş haqqında məlumat:

• İş yeri: Səbail ray., Z.Əliyeva küç., 55, Yeni Həyat Plaza;
• İş saatı: 09:00-18:00;
• Əmək haqqı: 1500-2500 AZN.

Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
//hr.166.az/vac/detail?vacancyId=105