VAKANSİYA

04 May

Para BOKT  işçi axtarır

İnsan Resursları departamentinin direktoru

Namizədə dair tələblər:

• İnsan Resursları Departamentinin Direktoru vəzifəsində minimum 5 il iş təcrübəsi olmalıdır;
• Əvvəlki iş yerlərində minimum 500-600 nəfərlik heyət ilə işləmək təcrübəsi olmalıdır;
• İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübəsi olmalıdır;
• Azərbaycan Respublikası Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməlidir;
• Ali təhsil;
• Yaş həddi: 30-45;
• MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır;
• Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;
• Məsuliyyətli və diqqətli olmalıdır;
• Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır;
• Azərbaycan dili və Rus dili (əla), İngilis dili (yaxşı);

Vəzifə öhdəlikləri:

• İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək;
• İşçiləri motivasiya və demotivasiya edən amilləri araşdırmaq və motivasiya proqramları hazırlamaq;
• Müvafiq vakansiyalar üzrə yeni namizədlərin seçilməsi, müsahibələrin aparılması, müasir qiymətləndirmə metodları ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək;
• BOKT işçilərin fərdi inkişaf planının hazırlanması və həyata keçirilməsini təmin etmək;
• İnsan Resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin Azərbaycan Respublikasının Əmək Qanunvericilinə müvafiq olaraq düzgün aparılmasını təşkil etmək;
• İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim etmək.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “İnsan Resursları Departamentinin Direktoru” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.