VAKANSİYA

29 Aprel

"Kapital Bank" işçi axtarır

Kapital Bank namizədləri İT və İnformasiya Təhlükəsizliyi risklərinin idarə edilməsi və monitorinqi şöbəsinin aparıcıbaş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• İT və İnformasiya təhlükəsizliyi üzrə risk qiymətləndirmələrinin həyata keçirilməsinə dəstək;
• Uyğunsuzluqların aşkar olunması məqsədilə mütəmadi audit və yoxlamaların aparılması;
• İT və İnformasiya təhlükəsizliyi sahəsində siyasət və prosedurların hazırlanmasına və mövcud sənədlərin yenilənməsinə dəstək;
• İnformasiya təhlükəsizlyi siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət; • Risklərin idarə edilməsi sisteminin davamlı inkişafına dəstək;
• Risk idarəetməsi sahəsində daxili hesabatların hazırlanmasına dəstək;
• Informasiya aktivlərinin təsnifatı prosesinin həyata keçirilməsinə dəstək;
• Biznesin davamlılığı və böhran hallarının idarəedilməsi üzrə planların hazırlanmasında aidiyyatı strukturlara dəstək;
• Şöbənin fəaliyyətinə aid digər funksiyaları həyata keçirmək.

Tələblər

• Bank sistemləri, İT audit, İnformasiya Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində minimum 2 illik iş təcrübəsinin olması;
• İT proseslər ilə əlaqəli sənədlərlə işləmək, yeni sənədlərin yaradılması və idarə olunması təcrübəsinin olması; • Risklərin idarə olunması sahəsində ümumi biliklərin olması;
• İSO 27001, ISO 22301, İSO 31001, İSO 20000, PCI DSS, COBIT, İTİL və s kimi standardlar haqqında ümumi biliklərin olması;
• CISA, CIA, CISM, CİSSP, İSO 27001 LA, ISO 31001 LA sertifikatları olanlara üstünlük verilir;
• Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır), problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması;
• Sistem, şəbəkə adminstratorluğu, Unix, Windows və s. əmliyyat sistemləri, Oracle, SQL bilikləri olanlara üstünlük verilir;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] e-mail ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.