VAKANSİYA

23 Aprel

"PASHA Life" işçi axtarır

Struktur bölmə: Maliyyə departamenti, İnzibati işlər şöbəsi
Vəzifə: İnzibati işlər şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 09.05.2021

Vəzifə Öhdəlikləri:

1. Binanın təhlükəsizliyi üzrə məsul şəxs
2. Təhlükəsizlik üzrə təlimatların yazılması və icrasına nəzarət
3. Outsource təhlükəsizlik üzrə 8 nəfərlik komandanən işinə nəzarət
4. Yanğın və təhlükəsizlik panelinin - sisteminin saz vəziyyətdə olmasına nəzarət, problemlərin aradan qaldırılması
5. Dövlət Mühafizə Xidmətinin - Mühafizə polisi və postunun fəaliyyətinə nəzarət və təşkili
6. Əsas vəsaitlərin binadan çıxarılmasına nəzarət, təlimat

Namizədə olan tələblər:

İş təcrübəsi: Təhlükəsizlik sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili - əla
Üstünlüklər: Rus dili – orta, İngilis dili – orta
Kompüter bilikləri: MS Office - orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlül

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər //pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.