VAKANSİYA

23 Aprel

"Atəşgah Sığorta" işçi axtarır

Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi (tibb müəssisəsi)

Namizədə tələblər

• Yaş: 21-35
• Təhsil: Ali və ya orta texniki tibb təhsili mütləqdir
• İş təcrübəsi: arzuolunandır
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla),Ingilis dili (arzuolunandır)
• Sərbəst PK və ofis proqramları istifadəçisi

Əsas vəzifə öhdəlikləri

• Könüllü Tibbi Sığorta üzrə sığortalanan şəxslərin tibb müəssisəsində müraciətlərini qəbul etmək
• Sığortalı müştərilər üçün tibbi yardımın təşkili
• Məsləhət və manipulyasiyaların aparılmasında sığorta olunanlar üçün maksimal dərəcədə komfortlu şəraitin yaradılması
• Tibbi və sığorta sənədləşdirilməsinin aparılması
• Müraciyyətin məzmunundan asılı olaraq tibbi xidmətin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasnı təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək
• Hesabatlar tərtib etmək
• Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
• Müştəriyönümlülük, operativlik, ünsiyyət qurmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı: 6/1: (qrafiklə) , 9:00-16:00
• Əmək haqqı:300 - 400 azn(iş təcrübəsindən asılı olaraq)
• Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
• Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi qeyd edərək göndərmələri xahiş olunur.