VAKANSİYA

22 Aprel

"PASHA Bank" işçi axtarır

"PASHA Bank" ASC İnsan Resursları departamenti, İşçi Bağlılığı və Kommunikasiyaları şöbəsində Kiçik mütəxəssis vakansiyasını elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Kommunikasiya strategiyasının şirkətin strateji görüşlərinə və PAŞA Bank brendinə uyğun olmasını və onu əks etdirməsini təmin etmək
• Bank üzrə strateji daxili kommunikasiya planının hazırlanması və həyata keçirilməsinə töhfə verilməsi və daxili kommunikasiya məhsullarının idarə edilməsi
• İnkişaf, təşkilatçılıq və təhsil daxil olmaqla kommunikasiyanın bütün aspektlərində təşkilati cəhətdən davamlılığı təmin etmək üçün əsas əlaqə vasitələrinin təkmilləşdirilməsinə töhfə verilməsi
• Tədbirlər, vizual materiallar və daxili nəşrlər kimi tələb olunan fəaliyyət və materialların təmin edilməsində şöbənin digər maraqlı tərəfləri ilə sıx əməkdaşlıq çərçivəsində işləmək
• Bölmə üzrə bütün funksiyaların müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: Kommunikasiya və ya digər müvafiq sahədə bakalavr təhsili
• Tələb olunan iş təcrübəsi: minimum 1-3 il (müvafiq sahə üzrə təcrübəyə üstünlük verilir)
• Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
• Kompüter bilikləri: Microsoft Office (PPT üstünlük verilir)
• Video hazırlanması, dizayn, Photosop, InDesign və ya bənzər proqramlarda işləmə bacarığı (üstünlük verilir)
• Güclü ünsiyyət və danışıq bacarığı
• Analitika bacarığı
• Yazı və vaxtın idarə edilməsi bacarıqları
• Komanda işi bacarığı

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 08.05.2021-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “İşçi Bağlılığı və Kommunikasiyaları üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.