VAKANSİYA

19 Aprel

"Yelo Bank" işçi axtarır

Yelo Bank  “Kreditlərin bərpası departamentinin İnformasiya sistemləri və dəstək şöbəsində təcrübəçi, kiçik mütəxəssis” vakansiyasını elan edir.

Siz elektron poçtun “mövzu” yerinə “MİS_təcrübəçi, kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Kreditlərin bərpası departamenti, İnformasiya sistemləri və dəstək şöbəsi
Vəzifə: Təcrübəçi, Kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri

Vəzifə öhdəlikləri:

- Kreditlərin Bərpası Departamentinin gündəlik işi ilə əlaqədar olan hesabatların hazırlanması;
- Kreditlərin Bərpası Departamentinin kredit portfeli haqqında aylıq hesabatın hazırlanması;
- Kreditlərin Bərpası Departamentinin statistik materiallar bazasının saxlanması və yenilənməsi;
- Kreditlərin Bərpası Departamentinin sənədlərinin arxivləşdirilməsi;
- Komitənin qərarlarının qeydiyyatı, uçotu və saxlanması, eləcə də sənəd dövriyyəsinin vaxtlı-vaxtında icrasının təmin olunması;
- Kreditlərin Bərpası Departamentinin əlaqələrinin, o cümlədən memorandumların göndərilməsinin dəstəklənməsi; rabitə kanalları (faks, e-mail və s.) vasitəsi ilə məlumatların qəbulu və ötürülməsi. Bankın digər departamentləri ilə düzgün və effektiv əməkdaşlığın yaradılması;
- Məhkəmə prosesləri üçün zəruri olan sənədlərin filiallardan qəbul edilməsi və hər bir filial üzrə cədvəl şəklində lazımi qaydada qeydiyyata alınması;
- Məhkəmə prosesləri üçün zəruri olan sənədlərin arxivdən qəbul edilməsi və hər bir filial üzrə cədvəl şəklində lazımi qaydada qeydiyyata alınması;
- Girovda olan əmlakın saxlanması haqqında bildirişin hazırlanması və göndərilməsi və əmlakın saxlanması haqqında bildirişin qeydiyyata alınması üçün ərizələrin hazırlanması və göndərilməsi, qeydiyyata alınması;
- Yaşayış yerindən arayış almaq üçün sorğular siyahısının hazırlanması və DİN-nin Pasportların Qeydiyyatı və Miqrasiya üzrə Baş İdarəsinə göndərilməsi;
- Maliyyə arayışlarının hazırlanması.

Tələblər:

- Riyazi və ya iqtisadi sahədə ali təhsil;
- Analitik düşüncə, riyazi biliklər;
- Yaxşı səviyyədə MS Office proqramları üzrə bacarıqlar (Word, Excel);
- Dil tələbləri: Azərbaycan dili səlis, Rus və İngilis dili bilməsi arzuolunandır;
- Komandada işləmək bacarığı və stressə davamlılıq;
- Məsuliyyət, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.