VAKANSİYA

15 Aprel

"PASHA Bank" işçi axtarır

Quba Müştəri Meneceri Assistenti

Vəzifənin məqsədi

Kiçik və Orta Sahibkarlıq Bankçılığı seqmentinin inzibati dəstəyi, müqavilələrə nəzarəti, sifarişlərin emalı və sənədlərin hazırlanması.

• Müvafiq, daxili və xarici tənzimləmələrə uyğun olaraq işin bütün funksiyaların yerinə yetirilməsi
• Bankın daxili strukturları və Müştəri ilə müqavilə sənədlərinin hazırlanması və razılaşdırılması (Sənədlərin vaxtaşırı nəzarəti)
• Sazişlərin icrası prosesinin sürətləndirilməsi (lazımi təsdiqlərin, əlaqəli şöbələrin son tarixə riayətinə nəzarəti)
• Bankın müştəri hesabları və kredit müqavilələrində nəzərdə tutulan digər qeyri-kredit məhsullarının (depozitlər, pul vəsaitlərinin daxil olması) miqdarı üzrə minimal kredit dövriyyəsinin tələblərə uyğunluğunu yoxlamaq
• Müştəri tələbinin yerinə yetirilməsinə nəzarət
• Potensial müştərilərin cəlbi və Müştəri Meneceri ilə əlaqələndirilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
• Tələb olunan iş təcrübəsi: 0-1 il
• Kompüter bilikləri: Microsoft Office
• Məhsul üzrə biliklər: Bank məhsulları

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 15.05.2021-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Quba Müştəri Meneceri Assistenti” yazaraq göndərmələri xahiş olunur.