VAKANSİYA

14 Aprel

"AccessBank" işçi axtarır

AccessBank Əlaqə Mərkəzi üzrə Qrup Rəhbəri vəzifəsinə işçi axtarır.

Vəzifə Öhdəlikləri:

• Əlaqə Mərkəzi bölməsinin effektiv işinin təmin edilməsi;
• Yeni məhsullar, tariflər, kampaniyalar haqqında əməkdaşların məlumatlandırılması, komanda üzvlərinə tövsiyələr və rəylərin verilməsi;
• Yeni işçilərin təlimi və öyrədilməsi;
• Əməliyyat boşluqlarının müəyyənləşdirilməsi və həll yollarının təklif edilməsi;
• Əlaqə Mərkəzinin performansının qoyulmuş KPİ-lar əsasında ölçülməsi;
• Səmimi və motivasiya edici iş mühitinin təmin edilməsi;
• Gündəlik əməliyyat işləri, bank məhsullarının satışına dəstək göstərilməsi;
• Rəhbərliyi təkrarlanan məsələlər və ya problemlər barədə məlumatlandırmaq;
• Həftəlik, aylıq, rüblük və illik hesabatların hazırlanması.

Tələblər:

• Ali təhsil;
• Müştəri xidmətləri sahəsində minimum 3 illik iş təcrübəsi;
• Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığı, Rus və/ və ya İngilis dili biliyi üstünlükdür;
• MS Office proqramlarını bilmək;
• Komanda ilə işləmə bacarığı və idarəetmə qabiliyyəti;
• Ünsiyyətqurma qabiliyyətinin yüksək olması;
• Fəallıq, məsuliyyət, stressə davamlılıq, nəticəyə istiqamətlənmə;
• Mükəmməl təşkilati və vaxt idarə etmə bacarıqları;
• Müraciət edənlər ən azı aparıcı mütəxəssis vəzifəsində çalışmalıdılar.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron ünvanına göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.