VAKANSİYA

13 Aprel

“Azərbaycan Kredit Bürosu” işçi axtarır – VAKANSİYA

“Azərbaycan Kredit Bürosu” hazırda 140-dan artıq təşkilatla məlumat mübadiləsi həyata keçirməklə, fəaliyyətinin əsas xüsusiyyəti irihəcmli məlumatlarla iş, habelə böyük layihələrin bir hissəsi olmaqdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-yə Data Analitik axtarılır.

Vakansiya haqqında:

Vəzifə: Data Analitik
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Əmək haqqı: 2500-3000 manat
Müraciət üçün son tarix: 30.04.2021

Vəzifə öhdəlikləri:

• Məlumatların analizi, vizuallaşdırılması, və əldə olunan nəticələrin təqdimatı;
• İstifadədə olan kredit skorinq modelinin perfromansina nəzarət, modelin “back-testing” edilməsi;
• Mövcud modelin təkmilləşdirilməsi üçün fərqli modellərin hazırlanması, müqayisəsi və dəyərləndirilməsi;
• Məlumatlar bazasından istifadə edərək banklar üzrə fərdi və ümumi analzilərin aparılması, əldə olunan nəticələrin vizuallaşdırılıması və təqdimatı;
• Kredit riskinə təsir edə biləcək dəyişənlərin araşdırılması.

Namizədə qoyulan tələblər:

• Riyaziyyat, Statistika, İqtisadiyyat və ya hər hansı müvafiq sahə üzrə ali təhsil (xaricdə təhsil olması üstünlükdür);
• Bank sahəsi və kredit risklərinin dəyərləndirilməsi üzrə iş təcrübəsi -üstünlükdür;
• Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yüksək, Rus dili – üstünlükdür;

Bacarıq və biliklər:

• Statistik proqramlaşdırma dillərindən hər hansı biri (R və ya Python, SQL) üzrə ən azı 2 illik iş təcrübəsi;
• Statistik modelləşdirmə (xətti və qeyri-xətti modellər) üzrə ən azı 2 illik iş təcrübəsi.
• Data analitakası və vizuallaşdırma bacarıqları;
• Müstəqil araşdırma qabiliyyətinə malik olması;
• Təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmə;
• İşə planlı yanaşma bacarığı, fikrini düzgün və səlis izah etmə;

CV-ni “Data Analitik” başlığı ilə [email protected] mailinə göndərməyiniz xahiş olunur.