VAKANSİYA

13 Aprel

"PASHA Holding" işçi axtarır

PASHA Holding İnnovasiya üzrə proqram koordinatoru vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• PAŞA şirkətlər qrupunun innovasiya ehtiyacları çərçivəsində daxili innovasiya ideyalarının dərindən təhlili və qiymətləndirilməsi;
• Daxili və xarici maraqlı tərəflərlə (universitetlər, inkubatorlar, akselerasiya proqramları, digər innovativ ekosisteminin iştirakçıları) əməkdaşlıq münasibətləri və ortaqlıqlar qurulması və davam etdirilməsi;
• İnnovasiya imkanlarının strateji olaraq prioritetləşdirməsi və idarəsi üçün İnnovasiya lideri ilə sıx işləmək;
• Şirkətlərarası Daxili İnnovasiya layihələrinin (yəni Qrup daxilində İnnovasiya proqramı, yarışlar və bu kimi digər hadisələr) əvvəldən sona qədər idarə edilməsi;
• PAŞA şirkətlər qrupu daxilində innovasiya icmasının qurulması;
• Boşluqların və rəqabət təhlükələrinin müəyyənləşdirilməsi; son innovativ istiqamətlər barədə məlumatlılıq, strateji tövsiyələr vermək məqsədilə makro/mikro bazar tendensiyalarını və rəqabət risklərinin anlayışı;
• Hackatonlar, startup yarışmaları kimi xarici innovasiya tədbirlərinin təşkili;
• Şirkətlərin trendlərdən məlumatlılığını təmin etmək məqsədilə innovasiya bülleteninin yaradılması;
• Veb sayt / intranet səhifələri, eyni zamanda sosial media postlarının hazırlanması, uzlaşmanı təmin etmək məqsədilə korporativ əlaqələr komandamız ilə əməkdaşlıq;
• İntranetdə daxili fikir yaratma vasitəsinin (İnnovasiya Səhifəsi) qurulması, eyni zamanda ideya işlənməsi üçün çərçivənin yaradılması;
• İnnovasiya komandasına digər müvafiq tapşırıqlarda dəstək;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Strategiya, əməliyyat, layihələrin idarəedilməsi sahədə 5 ildən artıq təcrübə;
• Kompleks layihələrin dəstəklənməsi üzrə nailiyyətlər və funksiyalararası komanda üzvləri ilə möhkəm əlaqələr qurma təcrübəsi;
• Analitik – mürəkkəb konseptlərin anlayışı, və səmərəli ümumiləşdirmələr və əsas qərarların qəbulu üçün strukturlaşdırılmamış məlumatların sintezi;
• Kritik ve ya qeyri-standart düşünmə bacarıqları olan şəxslər – innovativ həllərə gəldikdə status-kvonu sual altına alırlar;
• Nağd pul vəsaitlərinin hərəkəti, IRR, NPV və s. daxil olmaqla maliyyə və modelləşdirmə sahəsində təməl biliklər;
• Layihələrin idarəedilməsi bacarıqları (Layihəyərin idarədilməsi sertifikatlarının mövcudluğu üstünlükdür);
• Müxtəlif sahələr üzrə fərqli iş təcrübəsi üstünlükdür;
• Təşəbbüskar və yaradıcı strateji düşüncə;
• Güclü təşkilatçılıq, məsləhətləşmə və danışıq aparma bacarıqları və təcrübəsi;
• Güclü ünsiyyət bacarığı və etibarlı eyni zamanda və məhsuldar əlaqələr qurmaq bacarığı;
• Yeni texnologiyalara maraqlı olmaq və son trendlərdən məlumatlılıq;
• Səlis ingilis dili, habelə türk və rus dillərinin biliyi üstünlükdür;
• Peşəkar təqdimat bacarıqları, Microsoft Office proqramlarının biliyi;
• İnnovasiya trendlərindən məlumatlılıq Maliyyə / Sığorta sahəsində biliklərə üstünlük verilir;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “İnnovasiya üzrə proqram koordinatoru” qeyd olunmalıdır;
• CV-lər 03 may, 2021-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.