VAKANSİYA

09 Aprel

"Bank of Baku" işçi axtarır

"Bank of Baku"  Dizayner/Rəqəmsal Marketinq bölməsinin eksperti vəzifəsinə işçi axtarır.

Əsas vəzifə və öhdəliklər

- Kampaniya və layihələrlə bağlı kreativ konseptin hazırlanması və adaptasiyası
- Sosial media səhifələri üçün gündəlik postların dizayn edilməsi
- Bankdaxili bütün buklet, flayer, liflet və digər kommunikasiya vasitələrinin dizaynı

Seçim meyarları

- Ali təhsil
- Sahə üzrə 1-3 il iş təcrübəsi
- Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
- Adobe İllustrator, Photoshop, Corel Draw proqramları ilə işləmək bacarığı
- Təşəbbüskar, aktiv və əzmkar olmalı
- Bank sektorunda karyera qurmağa həvəsli olmalı
- Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmalı

İş şərtləri

- İş yeri: Baş İdarə
- İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Dizayner qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.