VAKANSİYA

08 Aprel

Bank Respublika” işçi axtarır – VAKANSİYA

“Bank Respublika” ASC Əməliyyatlara Nəzarət Departamentində İlkin Nəzarət şöbəsinin mütəxəssisi/baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Əməliyyatların AR-nın Qanunvericiliyi, AR Mərkəzi Bankı və bankın daxili qaydalarının tələblərinə uyğunluğu üzrə rəylərin verilməsi;
• Əməliyyat sahəsi üzrə əməliyyatlara ilkin və sonrakı nəzarətin aparılması;
• Bankın ön ofisi və departamentlərinin şifahi və yazılı sorğularının cavablandırılması;
• Gündəlik və aylıq hesabatların hazırlanması;
• Yeni hesabatların sifarişi və test edilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil (iqtisadi ali təhsil arzuolunandır);
• Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə arzuolunandır;
• Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
• Minimum bir il bank təcrübəsinin olması (əməliyyat sahəsi üzrə) arzuolunandır;
• Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklərin olması;
• Analitik düşünmə qabiliyyəti;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Fikrini düzgün, dəqiq və dolğun şəkildə şifahi və yazılı ifadə etmək qabiliyyətinin olması;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 aprel 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İlkin Nəzarət şöbəsinin mütəxəssisi/baş mütəxəssisi şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.