VAKANSİYA

08 Aprel

"PASHA Bank" işçi axtarır – VAKANSİYA

PAŞA Bank Hüquqi işlər şöbəsinin korporativ hüquq istiqaməti üzrə Kiçik Hüquq Mütəxəssisi / Hüquq Mütəxəssisi vakansiyasını elan edir.

Vəzifənin məqsədi:

PAŞA Bankın fəaliyyət göstərdiyi bütün istiqamətlər üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərməyi, yeni layihələri qanunvericilik və prudensial tələblər baxımından dərin analiz etməyi bacaran və bankın fəaliyyətinə maneə olan halların qanun çərçivəsində aradan qaldırılmasına yardımçı ola biləcək hüquq mütəxəssisləri axtarışındadır.

Bu vəzifə əsaslı hüquqi biliklər, yüksək analitik düşüncə, komandada işləmək və ünsiyyət qurmaq bacarıqları tələb edir. Ən uğurlu namizəd detallara fikir verən, strateji hədəfləri düşünmə qabiliyyətinə malik olan və optimal həll yollarını tapmağı bacaran şəxs olacaq.

Əsas vəzifə öhdəlikləri və bacarıqları

• Müxtəlif bank xidmətlərinin təqdim edilməsi ilə əlaqədar daxil olan sorğuların hüquqi təhlilinin aparılması və cavablandırılması;
• Bankın hüquq və maraqlarını tam qoruyan müqavilələrin və digər aidiyyati hüquqi sənədlərin hazırlanması;
• Bank fəaliyyətinə aid normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər layihələrinin hazırlanması;
• Bankın xarici vətəndaş olan işçilərinə iş icazələrinin alınması ilə əlaqədar hüquqi dəstəyin göstərilməsi;
• Bankın daxili qaydalarının, siyasətlərinin və prosedurlarının hazırlanmasında, yenilənməsində və təkmilləşdirilməsində dəstəyin göstərilməsi;
• Bank inzibatçılarının və digər əməkdaşların müvafiq attestasiyadan keçmələri üçün tələb olunan sənədlərin toplanılması üzrə dəstəyin göstərilməsi;
• Bankın Azərbaycan Respublikasında və xaricdə yerləşən törəmələrinin, nümayəndəliklərinin, filiallarının və şöbələrinin qeydiyyatı, müvafiq lisenziyaların alınması və fəaliyyəti üçün lazımi sənədlərin toplanmasına dəstəyin göstərilməsi;
• Əmək qanunvericiliyinin tətbiqi ilə əlaqəli hüquqi yardım göstərilməsi və s.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Hüquq ixtisası üzrə bakalavr dərəcəsi;
• Hüquq mütəxəssisi üçün 3 il/ Kiçik hüquq mütəxəssisi üçün 1 il maliyyə sahəsində peşəkar hüquqşünas təcrübəsi;
• Korporativ hüquq və prosedurlarının biliyi və anlayışı;
• Güclü ünsiyyət bacarıqları;
• Azərbaycan və ingilis dillərinin biliyi mütləqdir, rus dili arzuolunan;
• MS Office proqramlarının yüksək səviyyədə biliyi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 aprel 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kiçik hüquq mütəxəssisi”/” Hüquq mütəxəssisi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.