VAKANSİYA

07 Aprel

“Kredit Evi” işçi axtarır – VAKANSİYA

“Kredit Evi” Problemli kreditlər üzrə mütəxəssis vakansiyası elan edir.

“Problemli kreditlər üzrə mütəxəssis” üçün tələblər:

• Yaş həddi: 18-35 yaş
• Təhsil: Orta-ixtisas ,Natamam-Ali təhsil;
• İş təcrübəsi: arzu olunandır ( iş təcrübəsi olanlara üstünlük verilir) ;
• Dil tələbi: - Azərbaycan dili, Rus dili (arzu olunandır)
• Kompüter bilikləri: Microsoft Office, Outlook Express, Internet Explorer;
• Verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq bacarığı;
• Müştəri ilə ünsiyyət qurmaq bacarığı;
• Səbrli, təmkinli, gülərüz, nəzakətli, səbrlə dinləyə bilən, stresə davamlı və ünsiyyət qurma bacarığı yüksək olan xanımlar.

Vəzifə öhdəlikləri:

• Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
• Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması;
• Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
• Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
• Portfelə daxil olmuş borcalanların sistemdə qeyd edilmiş əlaqə nömrələrinin aktiv olub – olmadığını müəyyənləşdirilməsi;
• Sorğu və hesabat formalarını təşkil etmək;
• Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində digər tədbirlər görmək ;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Tələblərə cavab verən şəxslər şəkilli CV-ni [email protected] ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Problemli kreditlər üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.