VAKANSİYA

06 Aprel

"Zeytun Pharmaceuticals" işçi axtarır – VAKANSİYA

Zeytun Pharmaceuticals İT Helpdesk vəzifəsinə işçi axtarır .

Tələblər:

• Ali təhsil (texniki təhsil arzu olunandır);
• İT sahəsində 1 ildən artıq iş təcrübəsi (Windows OS/ Exchange Server üzrə biliklər və iş təcrübəsi);
• Windows10-nin quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi;
• Nasazlıqların axtarışı üzrə bacarıqlar;
• Şəbəkə üzrə başlanğıc biliklər;
• DHCP və DNS üzrə başlanğı;
• Şəbəkə printerlərlə iş təcrübəsi;
• Passiv, aktiv şəbəkənin və kompyuterlərlə bağlı başqa avadanlığın montajı;
• Rus dili bilikləri arzuolunandır;
• İngilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
• Ölkədaxili ezamiyyələrə getmək imkanı;
• Diqqətlilik;
• Ünsiyyət qurma bacarığı;
• İcraedicilik;

Vəzifə öhdəlikləri:

• Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması;
• Noutbuk, kompyüter, printer və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazların quraşdırılması və proqram təminatlarının yüklənməsi,yaranan problemlərin aradan qaldırılmasını;
• Əməliyyat sistemlərinin yazılması;
• Şəbəkə printerlərin quraşdırılması və kartriclərin dolumuna nəzarət olunması;
• Kameralarda yaranan nasazıqların ilkin diaqnostikası;

İş şəraiti:

• Tibbi sığorta ilə təmin olunma;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Karyera yüksəlişi imkanı.
• Əmək haqqı razılaşma yolu ilə.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.