VAKANSİYA

06 Aprel

“PAŞA Bank” işçi axtarır – VAKANSİYA

“PAŞA Bank” ASC Xəzinədarlıq departamentinin Beynəlxalq Bazarlar şöbəsinin Mütəxəssisi kimi komandamıza qoşulmağa güclü namizəd axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

- Qısamüddətli investisiyalar, REPO, əks REPO, overnayt depozitləri və digər əməliyyatlar vasitəsilə gündəlik likvidliyin idarəedilməsi
- İnvestisiya portfelinin monitorinqi, qiymətləndirməsi, təhlili və idarəedilməsi; investisiya alətlərinin və onların emitentlərinin maliyyə təhlili
- Yeni investisiya məhsullarının araşdırılması, inkişaf etdirilməsi və satışında köməkliyin göstərilməsi
- Əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və beynəlxalq maliyyə bazarlarında investisiya imkanlarının araşdırılması
- Yerli və beynəlxalq kontraqentlərlə əqdlər üzrə danışıqların aparılması; bankdaxili Xəzinədarlıq İdarəetmə Sistemində sövdələşmələri əks etdirir
- Şöbə ilə bağlı hesabatların və sənədləşmənin dəqiq və vaxtında aparılması
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil
• Tələb olunan iş təcrübəsi: uyğun sahədə 3 il
• Lisenziya / Sertifikat: CFA 1-ci səviyyə və ya FRM 1-ci səviyyə
• Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
• Kompüter bilikləri: Microsoft Office (yüksək səviyyədə Excel və Power Point), Bloomberg
• Məhsul üzrə biliklər: investisiya məhsulları və əməliyyatları üzrə biliklər
• Bazar üzrə biliklər: Yerli və xarici maliyyə bazarları üzrə biliklər

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 16 aprel 2021-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Beynəlxalq Bazarlar şöbəsində mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.