VAKANSİYA

31 Mart

"Embawood" işçi axtarır – VAKANSİYA

Embawood  “Bəyannaməçi” vəzifəsinə işçi axtarır.

İş qrafiki :

İş yeri: 5 günlük / 09:00 – 18:00
Bakı, Azərbaycan

İşin təsviri :

• Qısa idxal və əsas bəyannamələrin düzənlənməsi
• Logistika şöbəsi tərəfindən təşkil olunan daşınmalar zamanı nəqliyyat vasitələri və idxal olunan malların ixrac sənədlərini şöbə daxilindəki əmkdaşlardan alınması
• Daşınmanın təşkili tədarükçü tərəfindən təşkil edildiyi hallarda qısa idxal və əsas bəyannamənin yazılması üçün ixrac sənədlərinin təchizat şöbəsindən alınması
• Qısa idxal bəyannamələrinin nömrələrinin sərhəd məntəqələrinə və nəqliyyatçılara bildirilməsi, lazım olduğu hallarda təchizat şöbəsinə bildirməsi
• Gömrük hesabatlarının ödəniş üçün sistemə işləyərək maliyyə şöbəsinə təqdim edilməsi
• Yola çıxan idxal mallarını daşıyan nəqliyyat vasitələrinin izlənməsi
• Yolda olan yüklər üçün qısa idxal bəyannamələrinin düzənlənməsi
• Boşaltma yerlərinə çatan yüklərin əsas gömrük bəyannaməsinin düzənlənməsi

Tələblər :

- Ali təhsil (İqtisadiyyat, maliyyə üzrə)
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Microsoft office, 1C sistemini bilənlərə üstünlük verilir
- Azərbaycan və Rus dilləri biliyi əla, Ingilis dili orta səviyyədə
- Yaş həddi: 25 yaşından yuxarı

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Bəyannaməçi” qeyd edib bu ünvana göndərəsiniz: [email protected]