VAKANSİYA

01 Aprel

"Azersun" işçi axtarır – VAKANSİYA

Azərsun Baş elektrik vəzifəsinə işçi axtarır.

Namizədə aid tələblər:

- Elektrik və Elektroenergetika üzrə ali təhsil,
- Müvafiq sahə üzrə 3-5 il təcrübə,
- Yüksək gərginlikdə işləmə bacarığı,
- Yüksək gərginliyə (4-cü və 5-ci qrup) müdaxilə etmə icazəsi olması.

İş haqqında məlumat:

- Müəssisədəki avadanlıq, dəzgah və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək,
- Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək,
- Müəssisədə çalışan elektrikçilərin gördüyü işlərə nəzarət etmək,
- Müəssisədəki elektrik su nasosxanalarına periodik olaraq nəzarət etmək,
- Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərinin həyata keçirmək.

İş qrafiki:

Həftə içi 5 gün.

İş yeri: Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baş elektrik”) qeyd olunmalıdır) göndərə bilərlər və ya linkə //hr.azersun.com/pages/openPosition.aspx?Lang=2ID=2132 daxil olaraq müraciət edə bilərlər.