VAKANSİYA

30 Mart

"Nar" işçi axtarır – VAKANSİYA

NAR Bazar araşdırması üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vakansiya haqqında
İdarə : B2C Kommersiya
Şöbə: Müştəri Dəyərinin İdarəedilməsi və Biznes Təhlili
İş qrafiki: Standart
İş müddəti: Müvəqqəti
Son müraciət tarixi : 07.04.2021

Sizin əsas vəzifə öhdəlikləriniz:

*Rəqiblərin fəaliyyətini izləmək və təhlil etmək
*Bazar araşdırması üzrə hesabat infrastrukturlarını təkmilləşdirmək
*Aparılmış sorğu və təhlillərə əsasən dövri və sorğu əsasında hesabatlar/ təqdimatlar hazırlamaq
*Araşdırma layihələrini hazırlamaq və monitorinq aparmaq
*Mövcud sorğu məlumatlarının toplama sistemlərini təkmilləşdirmək
*Telekommunikasiya sahəsində olan beynəlxalq trendləri izləmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

*İqtisadiyyat, Marketinq və ya Riyaziyyat üzrə ali təhsil (Magistr təhsili üstünlük hesab olunur)
*Bazar araşdırması üzrə iş təcrübəsi üstünlük hesab olunur

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

*Microsoft Office proqramlarını bilmək
*SPSS və ya digər analitik proqramlarda işləmə bacarığı üstünlük hesab olunur
*Analitik düşüncə
*Kabinet araşdırması üzrə bilik
*Azərbaycan (səlis) və İngilis (yaxşı) dillərini bilmək

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Bazar araşdırması üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.