VAKANSİYA

30 Mart

"166 Yükdaşıma və Logistika" işçi axtarır – VAKANSİYA

166 Yükdaşıma və Logistika Çağrı Mərkəzi operatoru vəzifəsinə işçi axtarır.

İş barədə məlumat

• Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
• Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərin qiymətinin müştərilərə bildirilməsi;
• Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi;
• Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı gedişatların sistemdə işlənilməsi:
• İş qrafiki – növbəli.

Namizədə tələblər

• Ali təhsil;
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili və rus dilləri (səlis);
• Kompüter bilikləri: MS Office (sərbəst);
• Bakı şəhəri və Azərbaycanın regionları üzrə ərazi biliyi;
• Müştəriyönümlü satış bacarığı;
• Effektiv Ünsiyyət bacarığı;
• Aydın və səlis danışıq qabiliyyəti.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

//hr.166.az/vac/detail?vacancyId=82