VAKANSİYA

29 Mart

"Kontakt Home" işçi axtarır – VAKANSİYA

"Kontakt Home"  Mağaza direktoru (Xaçmaz) vəzifəsinə işçi axtarır.

Vəzifələr:

• Mağaza daxili fəaliyyətin təşkil edilməsi;
• Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsini təmin edilməsi;
• Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
• Mal qalıqlarına nəzarət və uçotun aparılması;
• Assortimentin və satışın analizi;
• Daxili inventarizasiyanın aparılması;
• Müştərilərlə iş.

Zəruri tələblər:

• Elektronika mağazasında idarəedici vəzifədə 2 il və ya kredit sahəsində 3 il iş təcrübəsi;
• MS Word, MS Excel proqramlarını bilməli, 1C proqramını bilmək arzuolunandır;
• Azərbaycan dilini mükəmməl bilməsi zəruridir, rus və ingilis dili bilikləri arzu olunandır;

Şəxsi keyfiyyətlər:

• Liderlik xüsusiyyətləri;
• Yaranmış problemləri həll etmə bacarığı;
• Nəticə yönümlülük;
• Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
• Komandada işləmək bacarığı.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki: 6 iş günü, 1 gün istirahət.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

//qlor.me/kmu6wmmz