VAKANSİYA

29 Mart

"As Group Investment" işçi axtarır – VAKANSİYA

As Group Investment  Baş Mühasib vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
• Pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, mal-material uçotunu, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
• Rəsmi dövlət orqanları ilə hesablaşmalar;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
• Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək;
• Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb, mühasibatlıq proqramına daxil olunmasına nəzarət etmək;
• Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
• Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etmək.

Tələb olunan göstəricilər:

• Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
• Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;
• Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
• Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
• İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
• Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
• Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
• Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus dili biliyi;
• MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
• Mühasibatlıq proqramında işləmək bacarıqları 1c (8.3).

İş şəraiti barədə məlumat:

• İş rejimi: həftənin I – V günləri saat 9:00-dan 18:00-dək.
• İş yeri: Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 11B (Dərnəgül Yolu, Çermet körpüsünün yanı).