VAKANSİYA

22 Mart

\"Kapital Bank\" işçi axtarır – VAKANSİYA

Kapital Bank namizədləri Bank Daxili həllər sahəsi üzrə .Net proqramçı (developer) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankın müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes prosesləri tətbiq edir
  • Bankın əməliyyat sisteminin test mühitində müəyyən olunmuş qaydada sazlama işlərini aparır
  • Biznes proseslərin ilkin funksionalını hazırlayır və məhsul sahibinə göndərir
  • Bankın müvafiq proqram təminatında biznes istiqaməti üzrə mövcud texniki nasazlıqları aradan qaldırır
  • Tələb olunan texniki funksionallıq üzrə texniki tapşırıqlar və biznes sənədlər tərtib edir
  • Yeni və ya təkmilləşdirilmiş proseslər üzrə test sənədlər tərtib edir
  • Əmək müqaviləsi, sahənin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, sahənin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir

Tələblər

  • Ali təhsil
  • .NET (C#) texnologiyasını bilməsi
  • SQL proqramlaşdırma dilini bilməsi
  • Rus dili biliyi (yaxşı səviyyədə)
  • Ünsiyyətqurma bacarıqları
  • Vahid komandada işləmək qabiliyyəti
  • Gərgin əmək şəraitində işləmək qabiliyyəti
  • Məsuliyyətli, diqqətli olmaq
  • İnsanlarla işləmək bacarığı

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az  portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.