VAKANSİYA

19 Mart

\"METAK\" işçi axtarır – VAKANSİYA

METAK Metal konstruksiya üzrə mühəndis vəzifəsinə işçi axtarır.

İşin təsviri:

• Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
• Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək;
• Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
• Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq.

Tələblər:

• Təhsil: Ali texniki;
• İş təcrübəsi: Müvafiq vəzifələrdə 1-3 il;
• Kompüter bilikləri: Microsoft Office, AutoCAD, Corel Draw proqramlarında işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan, Rus.

Əlavə şərtlər:

• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
• Nahar şirkət tərəfindən verilir;
• İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq //job.metak.az/vacancy/show/7 və ya [email protected] ünvanına CV göndərərək 17.04.2021–ci il tarixinə kimi müraciət edə bilərlər.