VAKANSİYA

11 Mart

“PAŞA Bank” işçi axtarır – VAKANSİYA

“PAŞA Bank” ASC olaraq Sizi Data Scientist kimi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

Siz kod və modellərin hazırlanıb təqdim edilməsindən, məhsul və proseslərin təkmilləşdirilməsi üçün kreativ fikirlərin araşdırılmasından və analitik həllərin yaradılmasından məsulsunuz.

Öhdəlikləriniz nələrdir?

• Həm daxili, həm də xarici mənbələrdən strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların əldə edilməsi,
• Strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların hazırlanması,
• Xəyali həllər və anlayışların yaradılması üçün bir çox mənbədən alınan məlumatların şərhi və təhlili,
• Bank məhsul və proseslərini təkmilləşdirmək üçün yeni modellərin hazırlanması,
• Fərqli modellərin təhlili və məhsul üçün ən yaxşısını tapmaq üçün mövcud modellərdə təkmilləşdirmələrin təklifi,
• Ansambl modelləşdirmə ilə modellərin birləşdirilməsi,
• Mühəndislik və məhsul inkişaf qrupları ilə əməkdaşlıq,
• Vizualizasiya üsullarından istifadə edərək məlumatların təqdim edilməsi,
• Modellərin əsas maraqlı tərəflərə təqdim edilərək onların anlaşılan şəkildə izahı.

Sizdən nə tələb olunur?

• Təhsil: Statistika, Riyaziyyat, Fizika və ya digər hər hansı müvafiq sahədə Bakalavr/Magistr təhsili
• Təcrübə: Statistik kompüter (Python Pandas, NumPy, scikit-learn, Scipy, TensorFlow kitabxanaları daxil olmaqla hər hansı biri), proqramlaşdırma dilləri və məlumat analitik alətləri (SQL, Alteryx və ya digər) istifadəsində 2 ildən artıq təcrübə
• Dil biliyi: səlis Azərbaycan və İngilis
• Digər: Komandada iş, ünsiyyət , problem həll etmə və qərar qəbul etmə bacarığı
• Üstünlük verilir: Rus dili biliyi, Bank təcrübəsi

Müraciət edin:

• Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Data Scientist” qeyd edərək göndərməyiniz xahiş olunur.