“Zeytun Pharmaceuticals” MMC Hüquqşünas vəzifəsinə işçi axtarır.
Ümumi tələblər:
• Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür);
• İş təcrübəsi : 3-5 il (hüquq sahəsində) ;
• AR-nın mülki və inzibati prosessual qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
• Azərbaycan və rus dilindən şifahi və yazılı istifadə qabiliyyəti
• Microsoft Office proqramlarından sərbəst istifadə qabiliyyəti
• Məsuliyyət, işdə dəqiqlik
Vəzifə öhdəlikləri:
• Müqavilələrin hazırlanması;
• Hüquqi sənədlərin tərtib edilməsi;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
• Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanması;
• Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirilməsi;
• Təsərrüfat müqavilələrinin tərtibi zamanı hüquqi əsaslandırılmış rəy verilməsi;
• Müqavilələrin sistemləşdirilməsi işinin təşkilində iştirak və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.
• Məhkəmə işlərinin aparılması
İş şəraiti:
• 5 günlük iş həftəsi
• Karyera yüksəlişi imkanı
• Tibbi sığorta ilə təmin olunma
• Əmək haqqı: müsahibə əsasında
• Nahar şirkət tərəfindən təmin olunur.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.