VAKANSİYA

17 Fevral

\"Az-Granata\" işçi axtarır – VAKANSİYA

Az Granata Keyfiyyətə nəzarət üzrə menecer vəzifəsinə işçi axtarır.

İş barədə məlumat:

- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması
- Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması
- İstehsalat intizamının möhkəmləndirilməsi
- Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi
- Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi
- Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması
- Keyfiyyətsiz məhsul, onun səbələri və təqsirkarlarının uçotunun aparılması
- Qüsurli iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsnin tələb edilməsi
- Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması
- Keyfiyyətə nəzarət planının hazırlanması
- Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi
- Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi
- Birbaşa rəhbərin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi

Namizədə tələblər

- Ali təhsil
- Yaş həddi: 25-45
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq istehsalatda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
- Azərbaycan , Rus və İngilis dillərini əla səviyyədə bilməli
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli
- Komandada işləmək bacarığına sahib olmalı
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı

E-mail: [email protected]