VAKANSİYA

15 Fevral

"Kapital Bank" işçi axtarır – VAKANSİYA

Kapital Bank namizədləri Nəzarət Departamentinin Operativ Nəzarət şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

  • Korporativ və SME kreditlərin planlı və növbədənkənar monitorinqlərini həyata keçirmək
  • Korporativ və SME kredit portfelinin analizi və risklərin ölçülməsi
  • Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək
  • Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil etmək
  • Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
  • Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət etmək

Tələblər

  • İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə ali təhsil və bank sahəsində minumum 1 illik iş təcrübəsi; və ya digər ixtisaslar üzrə ali təhsil və bank sahəsində minumum 3 illik iş təcrübəsi;
  • Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə;
  • Təşəbbüskarlıq,İnnovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
  • Ofis proqlamları və bank əməliyyat sistemlərilə işləmə bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı
  • Erkən xəbərdarlıq siqnalları olduqda riskin azaldılması məqsədilə tədbirlərin görülməsi və planların hazırlanması;
  • Yaş 23-35 arası;
  • Daxili audit, monitorinq ,risk, daxili nəzarət sahələrində çalışmış namizədlərə üstünlük verilir;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.