Bölmə: Qida və İaşə
Şöbə: Restoranlar
Vəzifə: Hostes
Kimə məruzə edir Restoranlar üzrə Menecer
ƏMƏK FUNKSİYALARI:
Qida və İaşə xidmətləri üzrə Hostes aşağıdakı öhdəliklərə görə məsuliyyət daşıyır, lakin öhdəlikləri bununla məhdudlaşmır və fəaliyyəti barədə Restoranlar üzrə Menecerə məruzə edir:
• Qonaqlarımıza mehriban, səmimi və cəzbedici xidmət təqdim etmək.
• Qonaqları mehriban və səmimi bir təbəssümlə qarşılamaq və onları restorana yola salmaq.
• Qonaqlara keyfiyyətli təklif və xidmət etmək üçün Oteldə və ətrafda təklif edilən bütün qida və iaşə sahəsindəki yeniliklər ilə daima tanış olmaq və Qonaqlarımıza nahar seçimində dəstək olmaq.
• Qonaqları oturacaqları stola qədər müşaiyyət etmək və yerləşdirmə zamanı oturacaqları yer barədə fərdi istəklərini qarşılamaq.
• Managing reservations to maximize seatings
• Ofisiantların səmərəli işləmələri üçün stollarda yerləşdirməni strateji baxımdan düzgün qurmaq.
• Hər bir Qonağa fərdi şəkildə münasibət göstərmək.
• Fairmont Xidməti Nizamnaməsinə və xidmət standartlarına ciddi şəkildə riayət etmək.
• Qonaqları adi ilə tanımaq, hər bir Qonağa məxsusi şəkildə davranmaq və onun individual bir şəxs olmasını ona hiss etdirmək.
• Komandanın bir üzvü kimi çalışmaq və ehtiyac olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq.
• İlkin və sonrakı təlimlərdə fəal iştirak etməklə öz sahəsində biliyini və xidmət texnikasını artırmaq.
• İclaslarda və növbə təhvili zamanı danışıqlarda fəal iştirak etmək
• Şöbənin fəaliyətini mükəmməlləşdirmək üçün daima yeni təkliflər etmək.
• Təhlükəsiz bir şəkildə işləmək və sağlamlıq və təhlükəsizlik haqqındakı qaydalara əməl etmək.
• Gözlənilən xidmət nümayiş etdirmək.
• Səliqəli və mütəşəkkil bir iş mühiti yaratmaq.
• Digər mümkün vəzifərlər.
İXTİSAS TƏLƏBLƏRİ:
• Bu sahədə əvvəlki iş təcrübəsinə malik olmaq.
• Qida, şərab və iaşə xidmətləri sahələrinə həvəsli olmaq.
• İngilis, Azərbaycan və ya Türk dillərində yazılı və şifahi şəkildə mükəmməl ünsiyyət qabiliyyətinə malik olmaq.
• Son dərəcə məsuliyyətli və etibarlı bir insan olmaq.
• Diqqətini Qonaqların istəklərinə cəmləmək.
E-mail: [email protected]