VAKANSİYA

12 Fevral

"Beynəlxalq Bank" işçi axtarır – VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Hesabatlılıq və təhlil şöbəsinə təcrübəçi axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Müştərilərin kredit öhdəlikləri üzrə silinmələrin həyata keçirilməsi;
  • Kredit hesabatlarının hazırlanması;
  • Bonusların hesablanması;
  • Müxtəlif hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
  • Microsoft PowerPoint proqramında təqdimatların hazırlanması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (iqtisadiyyat, maliyyə, riyaziyyat sahəsində təhsil arzuolunandır);
  • Microsoft Excel və SQL proqramlarında yaxşı səviyyədə biliklərə malik;
  • İnduktiv və analitik təhlil bacarığına sahib;
  • Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilən;
  • Komandada işləmək bacarığına sahib olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Hesabatlılıq və təhlil şöbəsinə təcrübəçi” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az