VAKANSİYA

12 Fevral

"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi" işçi axtarır – VAKANSİYA

İİTKM Enterprise Azerbaijan portalının meneceri vəzifəsinə vakansiya elan edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Enterprise Azerbaijan portalının meneceri vəzifəsi üzrə iş elanı verir.

Vəzifə öhdəlikləri: 

  • Startaplarla,işin təşkil edilməsi,
  • Layihələrin idarə edilməsi ilə bağlı daxili prosedurlara uyğun olaraq bütün layihə fəaliyyətlərinin icra edilməsi,
  • Layihə hesabatlarının yazılması,
  • Yeni və innovativ layihə ideyalarının təqdim edilməsi,
  • Layihələrin gündəlik işlərinə nəzarət,
  • Layihə fəaliyyətinin monitorinq və qiymətləndirilməsinin aparılması,
  • Həyata keçirilən tədbirlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi,
  • Layihə təkliflərinin yazılması,
  • İnnovativ iqtisadiyyat sahəsində təşəbbüslərin irəli sürülməsi.

Namizədə tələblər:

  • Ali təhsil,
  • Azərbaycan,ingilis və rus və dillərində sərbəst danışmaq və yazmaq bacarığı,
  • Layihələrin idarə edilməsi, hesabatların yazılması sahəsində azı 2 il iş təcrübəsi,
  • Qrup şəklində işləmək bacarığı,
  • Liderlik və komanda idarəçiliyi,
  • Ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla iş təcrübəsi,
  • Beynəlxalq təşkilatların istəklərinə uyğun hesabatların tərtib edilməsi,
  • Layihə təkliflərinin yazılması.

Əməkdaşlıqda maraqlı olan şəxslər 2021-ci il 19 fevral tarixinə kimi CV-ni mövzu hissəsində “Project Manager” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Qeyd edək ki, yalnız CV-si məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq.