VAKANSİYA

09 Fevral

"Yelo Bank" işçi axtarır – VAKANSİYA

 “Yelo Bank”  Mikro kreditlər üzrə kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vakansiyasını elan edir. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Siz elektron poçtun “mövzu” yerinə “Mikro kreditlər üzrə kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Mikro kreditlər departamenti
Vəzifə: Kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Vəzifə öhdəlikləri:

• Biznes müraciətlərinin təhlili;
• Təhkim olunmuş kredit portfelinin idarə edilməsi;
• Biznes görüşlərinin təşkili;
• Müştəri şəbəkəsinin genişləndirilməsi.

Tələblər:

• Ali təhsil;
• Ünsiyyət qurmaq bacarığı;
• Riyazi biliklər;
• Komandada işləmək bacarığı.

İş müddətində əldə edəcəksiniz:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri