VAKANSİYA

08 Fevral

"Beynəlxalq Bank" işçi axtarır – VAKANSİYA

“ABB” ASC Rəqəmsal biznes departamentinə Product Owner vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Peşəkar kollektivdə çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat;

Görəcəyiniz işlər:

  • Məhsulların ümumilikdə uğur qazanması üçün prosesə rəhbərlik etmək;
  • İstifadəçiləri müşahidə etmək, araşdırmaq, təhlil etmək və onlarla əlaqə yaratmaq;
  • İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;
  • Məhsul ilə bağlı tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
  • Yeni təkliflər hazırlamaq;
  • Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək;
  • Məhsullarla bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
  • Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
  • Qəbul testlərini tərtib etmək;
  • Tələbləri açıq şəkildə komandaya izah etmək;
  • Maraqlı tərəflərlə birlikdə məhsulun satışa buraxılmasının planlaşdırılması prosesini sürətləndirmək;
  • Tapşırıqların planlaşdırılması ilə bağlı iclasda iştirak etmək;
  • Maraqlı tərəflərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirmək;
  • Məhsullarla bağlı gedişatı izləmək və qiymətləndirmək;
  • Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə istiqamət verməklə proqramçı və dizayner komandalarına rəhbərlik etmək;
  • İstifadəçi məmnuniyyətini artırmaq üçün faydalılıq barədə araşdırma və tədqiqatları məhsulla bağlı tələblərə daxil etmək ;

Bizim üçün ideal namizəd:

Qeyd olunan istiqamətlər üzrə yüksək bilik və peşəkar təcrübəyə sahib olmalıdır:

  • Bank işi və digər müvafiq layihə işi üzrə minimum 3 il təcrübə və ya bank işi barədə dərin bilik;
  • Tələblərin toplanması, informatika, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübə;
  • Proqram təminatının hazırlanması prosesi barədə biliklər;
  • “Agile” metodologiyaları üzrə təcrübə arzu olunandır;
  • Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlar;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • Güclü təhlil və riyazi bacarıqlar;
  • Strateji və taktiki düşüncə qabiliyyəti;
  • İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyəti;
  • Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Product Owner” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az