VAKANSİYA

04 Fevral

"PASHA Life" işçi axtarır – VAKANSİYA

Struktur bölmə: Satış departamenti,Telesatış şöbəsi
Vəzifə: Telesatış şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 10 fevral 2021

Vəzifə Öhdəlikləri:

1. Müştərilərə çıxış zənglərinin edilməsi və məhsulun prezentasiyası;
2. Təqdim olunmuş skriptlərə uyğun danışığın aparılması;
3. Potensial müştərilərlə görüşün planlaşdırılması;
4. Satışdan sonra müştərilərə dəstək göstərilməsi;
5. Çarpaz satışların həyata keçirilməsi;
6. Müştəri kontaktlarının yüksək konversiya faizinin əldə olunması;
7. Müştəri bazasının genişləndirilməsi;
8. Zənglərin nəticələrinin qeydiyyata alınması;
9. Müştəri Xidmətləri standartlarına uyğun kommunikasiyanın qurulması;
10. Cəmiyyətə aid olan sosial şəbəkə üzərindən sığorta məhsulları ilə marağlanan şəxslərə məlumatın təqdim olunması.

Namizədə olan tələblər:

- İş təcrübəsi: Satış sahəsi üzrə ən azı 1 il iş təcrübəsi
- Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla; rus dili: əla; ingilis dili: orta
- Kompüter bilikləri:MS Office Word – əla, MS Office Excel-orta
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, təsir göstərmə, münasibət yaratma.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası:

Namizədlər //pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.