VAKANSİYA

03 Fevral

"Avrora" işçi axtarır – VAKANSİYA

Avrora  “Satış Auditi” vəzifəsinə işçi axtarır.

İşin qısa təsviri :

Sizin əsas vəzifə öhdəlikləriniz :

• İnventarizasiya işinin aparılması;
• Satış nöqtələrinə yerində baxış keçirilməsi və əməkdaşlarımızın fəaliyyətlərinin qiymətləndirilməsi;
• Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi;
• Distributor anbarlarında mövcud olan məhsulların sayımının həyata keçirilməsi;
• Audit işinin nəticəsi haqqında müvafiq hesabatların hazırlaması;
• Təftiş kommisiyalarının tapşırıqları əsasında xüsusi audit yoxlamalarında iştirak edilməsi;
• Ticarət nöqtələrində rəqib şirkətlərin satış fəaliyyətinin və strategiyasının dəyərləndirilməsi;
• Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsi;
• Xarici auditlə bağlı hesabatların təhlili və müvafiq sənədləşmənin aparılması;
• Hərəkətsiz debitor borclarının təyin edilməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Analitik düşünmə qabiliyyəti;
• Qərar vermə qabiliyyəti;
• Mübahisələrin həll edilməsi;
• Effektiv kommunikasiya;
• Nəzarət və əlaqələndirmə.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Ali (iqtisadiyyat yönümlü);
• İş təcrübəsi : 1 il;
• Kompüter bilikləri : MS Office (Excel, Word, Internet);
• Yaş həddi : 22-30;
• Avtomobilin olması vacibdir.

Bizim iş şərtləri :

• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 08:00-17:00;
• İş yeri : Saatlı və Bərdə.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühiti;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış auditi (Şəki) və ya (Bərdə)” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.