VAKANSİYA

01 Fevral

"Yelo Bank" işçi axtarır – VAKANSİYA

Yelo Bank işçi axtarır.

Siz elektron poçtun “mövzu” yerinə “Mikro müştərilər departamenti, aparıcı mütəxəssis / baş mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Mikro müştərilər departamenti
Vəzifə: Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Vəzifə öhdəlikləri:

• Kredit portfelinin təhlili və hesabatların hazırlanması;
• Departamentin əməkdaşlarının bonuslarının hesablanması;
• Fond kreditləri (AKİA, SİF) ilə bağlı sənəd dövriyyəsinin təşkili və hesabatlığın aparılması;
• Kreditləşmə ilə bağlı bazar təhlili.

Tələblər:

• Bankın dəyərlərinə uyğun davranış;
• Analitik düşüncə qabiliyyəti, riyazi və məntiqi təfəkkürə malik olmalı;
• MS Office proqramları ilə işləmə bacarığı;
• Excel proqramı üzrə mükəmməl biliklər, hesabatların hazırlanması bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Ünsiyyət qurma bacarığı;
• Təşəbbüskar;
• Dəqiqlik və detallara fikir bacarığı.

İş müddətində əldə edəcəksiniz:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək haqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri