VAKANSİYA

28 Yanvar

“Kapital Bank” işçi axtarır – VAKANSİYA

“Kapital Bank” ASC namizədləri “Data analitik ” vakansiyasına müraciət etməklə “Agile” komandasına dəvət edir.

Tələblər:

• Ali təhsil ( Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır);
• Minimum 2 il iş təcrübəsinə sahib olmaq;
• SQL üzrə biliklər;
• Python və ya R proqramlaşdırma dillər üzrə biliklər;
• Bank təcrübəsinin olması arzuolunandır;
• Komandada işləmək bacarığı.

Öhdəliklər:

• Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
• Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
• Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
• Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyətinin olması.

Əgər Siz də Kapital Bankın dinamik və peşəkar Agile komandasının üzvü olmaq istəyirsinizsə, //hr.kapitalbank.az işə gəbul portalından qeydiyyatdan keçərək, vakansiyaya müraciət edə bilərsiniz.