VAKANSİYA

28 Yanvar

"VTB Bank" işçi axtarır – VAKANSİYA

VTB Bank CRM layihəsinin aparıcı / baş mütəxəssisi vəzifəsinə işçi axtarır.

Vəzifələr:

• layihələrə ehtiyacın təhlili, layihədən əvvəlki işlərdə iştirak
• müştəri bazasının seqmentasiyası;
• bank sistemlərində, tənzimləmələrində və biznes proseslərində zəruri dəyişikliklərin təhlili, əsaslandırılması və təşəbbüsü;
• bank sistemlərindən məlumatların yüklənməsinin strukturu və məzmununa dair tələblərin hazırlanması, tərtib edilən hesabatların tamlığının və düzgünlüyünün yoxlanılması;
• tələblərin hazırlanması, analitik və əməliyyat CRM-in komponentlərinin tətbiqi;
• bankların CRM fəaliyyətinin avtomatlaşdırılması sahəsində bazar tendensiyalarının təhlili;
• hədəf CRM kampaniyalarının hazırlanması və reallaşdırılması;
• müştəri fəaliyyətini stimullaşdırmaq üçün aksiyaların yaradılması
• müştəri bazasının idarə edilməsi (seqmentlərin davranışını yaxşılaşdırmaq və kommunikasiyaların səmərəliliyini artırmaq üçün hipotezlərin axını, yenidən aktivləşdirilməsi, formalaşdırılması və hesablanması)
• bankda CRM layihələrinin koordinasiyası.

TƏLƏBLƏR:

• ali təhsil;
• bank və ya maliyyə şirkətin, telekom, pərakəndə satışda iş təcrübəsi
• CRM texnologiyaları üzrə biliklər
• marketinq kampaniyalarının reallaşdırılmasın texnologiyaları üzrə biliklər və təcrübə;
• təcrübəli Excel istifadəçisi, təqdimatların hazırlanması üzrə təcrübə;
• nəticəyə yönümlü.

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).