VAKANSİYA

27 Yanvar

"Optimal Elektronika" işçi axtrır – VAKANSİYA

"Optimal Elektronika"  Audit Departamentinin direktoru vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Audit Departamentinin fəaliyyətinin təşkili və idarə edilməsi;
• Mühasibatlıq və maliyyə bölmələrinin hərtərəfli auditinin aparılması;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
• Fəaliyyətlərin və xərclərin səmərəliliyinin qiymətləndirilməsi;
• Əməliyyat, statistik və mühasibatlıq hesabatlarının qiymətləndirilməsi;
• Risklərin qiymətləndirməsi və auditin icrası;
• Audit zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
• Audit yoxlamaları zamanı əldə edilmiş nəticələrin rəhbərliyə təqdim edilməsi;
• Şirkətin aylıq, rüblük və illik hesabatlarının hazırlanması;
• Mühüm təhlillərin faktiki nəticə, biznes plan və daxili siyasətə uyğunluğunun qiymətləndirilməsi.

Tələblər:

• Ali təhsil (İqtisadiyyat və ya Hüquq);
• İqtisadi, maliyyə və mühasibatlıq sahələrdə qanunvericiliyi bilməli;
• Maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi;
• Hər hansı uyğun peşəkar kvalifikasiyalar üzrə sertifikatlar üstünlükdür;
• MS Office proqramlarının peşəkar istifadəçisi (xüsusilə Excel);
• Azərbaycan dili sərbəst, Rus və İngilis dili üstünlükdür
• Audit proseslərini həyata keçirmək bacarıqlarına malik olmaq;
• Qərarvermə qabiliyyəti;
• Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
• Audit rəylərin hazırlama və təqdim etmə bacarığı;

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ödənişsiz təlimlər;

Müraciət etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

//jobs.talhunt.az/optimal/437-audit+departamentinin+direktoru

Son tarix: 26.02.2021