VAKANSİYA

21 Yanvar

“Mətanət A” işçi axtarır – VAKANSİYA

“Mətanət A” şirkəti Satınalma mütəxəssisi (Nəqliyyat sahəsi üzrə) vakansiyasını elan edir.

İşin təsviri:

- Şirkətin nəqliyyat vasitələrinin təmirini və ehtiyyat hissələrinin alışının fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
- Alınan malların keyfiyyətinə mütəxəssis iştirakı ilə nəzarət.

İş şəraiti:

- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və Bazar günü.

Əmək haqqı- Razılaşma yolu ilə.

Tələblər:

- Yaş həddi: 25-45
- Təhsili: Ali təhsilli.
- İş təcrübəsi: Satınalma sahəsində 3 il.
- Dil bilikləri :Azərbaycan və Rus dillərini bilməli.
- Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı.
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti.
- Xarici və daxili ezamiyyətlərə getmə imkanı.
- Kompüter biliyi: Word, Excell, Internet Explorer.
- Şəxsi avtomobilin olması.

Əlavə tələblər:

- Avtomobil ehtiyyat hissələri alışı və təmiri sahəsində təcrübə (avtomobil ehtiyyat hissələrini, servis və usta sexlərini tanıyanlara , mexaniki sahədə təcrübəsi olanlara üstünlük verilir);
- Şirkət prosedurlarına əsasən Təchizat şöbəsinin meneceri tərəfindən verilən təlimatlar əsasında nəqliyyat vasitələri, xüsusi texnika, ehtiyyat hissələri və xidmətlərin satınalmasını planlaşdırmaq, araşdırmalar aparmaq, tenderlər təşkil etmək malların/xidmətlərin vaxtında təmin edilməsini təşkil etmək.
- Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək.
- Mövcüd şirkətlər və tədarükçülər siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək.
- Şirkətlər, ustalar, tədarükçülərlə danışıqlar aparmaq, görüşlər keçirmək və şirkət üçün ən sərfəli şərtləri razılaşdırmaq.
- Təsdiq edilən təkliflər əsasında Satınalma müqavilələrinin hazırlanıb icra edilməsi.

Qeyd:

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin.