VAKANSİYA

19 Yanvar

"Dövlət Məşğulluq Agentliyi" işçi axtarır – VAKANSİYA

STRUKTURUN ADI: Beynəlxalq əlaqələr və layihələrlə iş departamenti
VAKANT VƏZİFƏLƏR: Beynəlxalq əlaqələr üzrə mütəxəssis
ƏMƏK HAQQI: 1000-1200

VƏZİFƏ FUNKSİYALARI:

- Agentliyin beynəlxalq əlaqələrini inkişaf etdirmək və genişləndirmək;
- Beynəlxalq tərəfdaşların cəlb edilməsi üçün uzun müddətli planlar hazırlamaq;
- Daima yeni əməkdaşlıqlar araşdırmaq və yeni əlaqələrin qurulmasına dəstək vermək;
- Beynəlxalq təcrübələri araşdırmaq və məşğulluq sahəsində yeni innovativ layihə təklifləri vermək;
- Görülən işlərin və hesabatlarının keyfiyyətini, aktuallığını və müntəzəmliyini təmin etmək;
- İdarəetmə və xarici kommunikasiya strategiyalarını müəyyən edilməsinə köməklik göstərmək;
- Agentliyin digər departamentləri üçün müvafiq xarici məşğulluq siyasətini izləmək;
- Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

- Təhsil tələbi: Ali təhsil; (Beynəlxalq əlaqələr və ya idarəetmə ixtisası üzrə);
- İş stajı: Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
- Dil bilikləri: dövlət dili (sərbəst), ingilis dili (mükəmməl), digər dil bilikləri arzuolunandır.
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə)

VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:

- Məsuliyyətlilik
- Etibarlılıq, dürüstlük
- İnkişaf yönümlü və innovativlik
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
- Nəticəyə hədəfli

Göstərilən tələblərə cavab verən namizədlərdən cv-lərin mövzu (subject) hissəsinə Beynəlxalq əlaqələr üzrə mütəxəssis yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.