VAKANSİYA

18 Yanvar

"Millikart" işçi axarır – VAKANSİYA

Milli Kart Programist vəzifəsinə işçi axtarır.

Təhsil : Ali təhsilli (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, sistemləri və şəbəkələri,
Tətbiqi riyaziyyat, Fizika, Elektronika, Telekommunikasiya və ya digər mühəndislik ixtisasları üzrə bilikləri olanlara üstünlük veriləcəkdir)

Qabiliyyət

- Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
- Alqoritm qurma bacarığı
- Məsuliyyətli və kollektivdə işləmə bacarığı

Dil bilikləri

- Texniki İngilis dili (daha yaxşı bilənlərə üstünlük verilir)
- Texniki Rus dili (daha yaxşı bilənlərə üstünlük verilir)
- Azərbaycan dilində sərbəst danışıq

Programlaşdırma və Verilənlər bazası bilikləri

- Java – Programlaşdırma dilində yüksək biliklər
- Python, C#, C++ programlaşdırma dillərində təcrübəsi olanlara üstünlük veriləcəkdir.
- HTML, CSS, JavaScript. Jquery - üzrə ümumi vəya nəzəri biliklər.
- SOAP, REST web servislərin ilə işləmə bacarığı və servislərin yazılması
- Oracle Verilənlər bazası- ilə işləmə bacarığı (Sorğuların verilməsi, Table, Funksiya, Prosedurların yaradılması və.s)

Əməliyyat sistemləri: Linux və Windows əməliyyat sistemlərində işləmə bacarığı.

Namizədin bilik və bacarığından asılı olaraq əmək haqqı +2000AZN təyin olunacaqdır.

Müraciət üçün «Programist» başlığı ilə [email protected] emailinə CV göndərməyiniz xahiş olunur.