VAKANSİYA

15 Yanvar

"Sumqayıt Texnologiyalar Parkı" işçi axtarır – VAKANSİYA

Bakı, 15 yanvar Fins.az

Sumqayıt Texnologiyalar Parkı Aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır.

Özünə və peşəkarlığına güvənən, maliyyə sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ən ideal namizəd :

- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsilli;
- Maliyyə sahəsində ən azı 3 illik iş təcrübəsi olan;
- MS Office proqramlarını (əsasən excel) yüksək səviyyədə biləndir.

O cümlədən :

- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı;
- Milli və beynəlxalq uçot standartlarını bilməli;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.

Hansı işləri görəcəksiniz :

- Maliyyə məlumatlarının toplanması və analizi;
- Aylıq gəlir və xərclərin analitikası;
- Rəhbərlərin göstərişinə əsasən daxili hesabatların hazırlanması;
- İllik büdcənin tərtib olunmasında dəstəyin göstərilməsi;
- Aylıq maliyyə hesabatları və daxili hesabatların hazırlanması;
- ACCA (F3 və F7) olması üstünlükdür;
- Bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz ?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.