VAKANSİYA

14 Yanvar

PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA

Bakı, 14 yanvar Fins.az

“PAŞA Sığorta” ASC namizədləri Marketinq araşdırmaları və yeni məhsulların hazırlanması üzrə mütəxəssis (Marketing Research and New Product Development Specialist) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri

- Yeni məhsulların yaradılması” proseduruna uyğun olaraq ideyaları lazımi mərhələlərdən keçirməklə məhsulları yaratmaq/ məhsullar üzrə layihələri idarə etmək;
- Məhsullar üzrə daxili bazada yerləşən verilənləri (data) intellektual təhlil etmək – mövcud məhsulların xarakteristikasını öyrənmək;
- Məhsullar üzrə xarici marketinq araşdırmasını aparmaq və ehtiyac olduğu zaman bazar araşdırması layihələrini təşkil/ icra etmək
- Şirkət daxili ideyaların cəmləşdiyi platformaya daxil olan təkliflərin ilkin analitikasını aparmaq, müvafiq əməkdaşlarla görüşlər təşkil etmək, ideyaları ətraflı müzakirə etmək
- Təklifləri, ideyaları, sorğuları reyestrə daxil etmək və mütəmadi olaraq statusları yeniləmək
- Təklifləri, ideyaları, sorğuları prioritetlər üzrə sıralamaq;
- Məhsullar üzrə qiymətin/ tarifin (sığorta haqqı), şərtlərin hazırlanmasında/ yenilənməsində və s. işlərdə aktuariat və anderraytinq istiqamətlərinə dəstək göstərmək;
- Məhsullar üzrə tələbləri müştəri ehtiyaclarına əsasən hazırlamaq/ uyğunlaşdırmaq;
- Məhsulların avtomatlaşması mərhələsində biznes analitiki ilə sıx işləmək, tələbləri düzgün kommunikasiya etmək;
- Sığorta məhsulları üzrə müvafiq əməkdaşlara təqdimatlar/ təlimlər keçirmək, müxtəlif kommunikasiya metodları ilə onları məlumatlandırmaq və uyğun olarsa əməkdaşların məhsullar üzrə biliklərini yoxlamaq;
- Məhsulların bazara təqdim edilməsində müvafiq istiqamətlərə (məs. marketinq kommunikasiyaları) dəstək olmaq;
- Yeni məhsullar üzrə mütəmadi olaraq monitorinq aparmaq, analitika etmək və hesabatlıq hazırlamaq.
- Məhsullara dair digər istiqamətlərin sorğularını cavablandırmaq, dəstək göstərmək;
- Sığorta məhsulları üzrə peşəkar və texniki biliklərin artırılması üçün müvafiq kvalifikasiyaları (Cert CII, Dip CII) əldə etmək, seminarlarda və təlimlərdə iştirak etmək;
- Birbaşa müdirin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış işləri icra etmək

Biliklər və Bacarıqlar

- Biznesin idarə edilməsi, Marketinq, Layihələrin idarə edilməsi və ya digər uyğun istiqamət üzrə bakalavr və ya magistr təhsili;
- Marketinq (əsasən məhsulların yaradılması və idarə edilməsi istiqaməti), layihələrin idarə edilməsi, biznesin inkişafı, və ya digər oxşar istiqamət üzrə minimum 2 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan və İngilis dilini yüksək səviyyədə bilmək; Rus dilini orta səviyyədə bilmək;
- Kompüter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı.
- Güclü analitik və problemləri həll etmə bacarıqları;
- Güclü kommunikasıya və liderlik bacarıqları;
- Baş verən hadisələri, trendləri və müştəri ehtiyaclarını analiz etmə bacarığı.

Son müraciət tarixi: 30 yanvar 2021-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “(Marketing Research and New Product Development Specialist” “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.