Bakı, 12 yanvar Fins.az
“FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı İMİŞLİ OFİSİ üçün SAHƏ SATIŞ İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir.
ƏSAS ÖHDƏLİKLƏR
• İlkin tədqiqat aparıldıqdan sonra sahə marketinqi və təbliğat işlərini planlaşdırmaq və tamamlamaq
• Potensial müştərilərlə görüşmək, maraqları müəyyənləşdirmək və müştəri ehtiyaclarını anlamaq və mövcud olan kredit məhsulları seçimlərinin müxtəlif növlərini, habelə bu məhsulların şərtlərini izah etmək
• Marketinq və təqdimat materiallarını yaymaq; yeni satış imkanları əldə etmək üçün plakatlar, broşuralar, flayerlər və s.
• Kredit təhlili və anderraytinqi üçün Mərkəzləşdirilmiş Kredit Satış qrupuna bütün zəruri sənədləri və icazələri təqdim etmək
• Sahəyönümlü fəaliyyətlərə dair müntəzəm hesabat təqdim etmək
• Nümayişlə əlaqəli müntəzəm hesabatlar təqdim etmək (maraq səviyyəsi, verilən suallar, paylanmış nümunələrin sayı/flayer və s.)
• Müştərilərlə kredit müraciətini izləmək üçün əlaqə saxlayaraq uzunmüddətli münasibətlər qurmaq
• Satışları proqnozlaşdırmaq, "qutudan kənar" satış strategiyası/modellərini hazırlamaq və onların effektivliyini qiymətləndirmək
Tələb olunan bilik və bacarıqlar
• Bakalavr dərəcəsi arzuolunandır
• Güclü dinləmə, təqdimat, ünsiyyət və vaxt idarəetmə bacarıqları
• Fərqli satış texnikalarını bilmək
• Müştəri ehtiyaclarını anlamaq və fərqli şəxsiyyətləri idarə etmək bacarığı
• Kompüter, Microsoft Ofis proqramları haqqında biliklər
• Promouter, satış agenti və ya kredit mütəxəssisi kimi əvvəlki iş təcrübəsi arzu olunandır
• Səlis Azərbaycan dili
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 01 fevral 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Sahə Satış İşçisi (İmişli) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.