VAKANSİYA

08 Yanvar

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA

Bakı, 8 yanvar Fins.az

“PAŞA Sığorta” ASC Satış Departamentində “Telesatış/Birbaşa satış üzrə mütəxəssis” vakansiyası elan edir.

Vəzifə və Öhdəliklər:

• Şöbə/bölüm/qrup hədəfləri, onlara uyğun performans göstəricilərini təyin etmək və həyata keçirilməsini təmin etmək
• Müəyyən olunmuş nəzarət mexanizmlərini təqib etmək
• İşçilərin iş yükünün planlaşdırılması və nəzarəti, gündəlik satış və keyfiyyət göstəricilərinə görə işləməsini təmin etmək
• Təqdim olunan müştəri bazasını / siyahını fərdi hədəflərinə uyğun olaraq qrup daxilində bölüşdürülməsini təmin etmək
• Paşa sığorta tərəfindən təqdim olunan məhsul və xidmətləri barədə tabeçiliyində olan işçilərin biliklərini artırmaq və inkişaf etdirmək
• Təlim ehtiyaclarının təmin edilməsi
• Hər bir müştərilərə xidmət nöqtəsinin fəaliyyətinin məqsədəuyğunluğuna dair hesabatın təqdim edilməsi
• İT/inzibati dəstək
• Dəyərləndirmə və monitorinq prosesinin təkmilləşdirilməsi
• İnsan resurslarına olan tələbatın ölçülməsi, planlanılmasına dair təkliflərin hazırlanması
• Satış hədəflərinə dair təkliflər planının hazırlanması
• Hər bir əməkdaşın fərdi satış hədəflərini əhatə edən təkliflər planının hazırlanması
• Layihələrin koordinasiyası

BİLİKLƏR

• Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir
• Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, işgüzar ingilis dili biliyinə üstünlük verilir
• MS Office, Outlook, Excel proqramlarında yaxşı səviyyədə işləmək bacarığı

TƏCRÜBƏ

• Müştəri xidmətlər sahəsində minimum 1 il iş təcrübəsi, sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir.
• Təşkiletmə, prioritetləri müəyyən etmək və düzgün iş bölgüsü aparmaq bacarığı

BACARIQLAR

• Analiz etmək , problem həll etmək və qərar vermək bacarıqları
• Yüksək müştəri xidməti və satış bacarıqları
• Keyfiyyətə fokuslanmaq bacarığı
• Fəaliyyətə həvəsləndirmək bacarığı
• Komanda ilə işləmək bacarığı
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
• İdarəçilik bacarığı

Son müraciət tarixi: 07 Fevral 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.