VAKANSİYA

06 Yanvar

"Günay Sığorta" bu vəzifələr üzrə işçi axtarır – VAKANSİYA

Bakı, 6 yanvar Fins.az

"Günay Sığorta" Anderaytinq və Təkrarsığorta şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işçi axtarır.

Namizədə tələblər:

  • Yaş: 25-40;
  • Təhsil: Ali;
  • Dil bilikləri: Azərbaycan (əla), İnsgilis dili (əla), Rus dili (yaxşı);
  • İş təcrübəsi: 1-3 il;
  •  Sığorta qanunvericiliyinin və sığorta fəaliyyətinin əsaslarının, anderraytinq prinsiplərinin və qaydalarının biliyinə malik olma.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

  • Şöbəyə daxil olan məktublara cavabların yazılması və təyinatı üzrə göndərilməsinin təmin edilməsi;
  • Yerli və xarici sığortaçılarla, təkrarsığortaçılarla və brokerlərlə yazışmalar və danışıqların aparılması;
  • Sığorta/Təkrarsığorta təminat şəhadətnamələrinin buraxılması, əlavələrin, razılaşmaların hazırlanması və ləğvi;
  • Sığorta/Təkrarsığorta üzrə olan sorğuları analiz etmək, təkrarsığortaçılara göndərmək;
  • Satış işçiləri üçün sığorta təkliflərinin hazırlanması və vaxtında göndərilməsi;

İş qrafiki: 09:00-dan 18:00-dək

Əmək haqqı: 700-900 AZN

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.